<?xml version="1.0" encoding="UTF-8"?><song><lyrics>[V1]
 Bağışla, Allahım, məni bağışla
 Mən çox gec gəlmişəm Sənin qarşına.
 Ürək qapısını Sən çox döymüsən
 Mən isə laqeydlik etmişəm Sənə.

[C1]
   Günahkar dünyaya bənzəmədin Sən
   Bizimçün nə qədər əzab çəkmisən.
   Yaşayan Allahın Oğlu Məsihsən
   Bizləri bağışla, çünki Qadirsən.

[V2]
 Günahlar içində batırdım onda
 Ayrı dost seçmişdim mən bu dünyada.
 Bu xilas yolunu dərk etsəm də mən,
 Yatırdım dünyada acı yuxuda.

[C2]
   Sən məni oyatdın bir gün həyatda,
   Gəlib tövbə etdim Sənin qarşında.
   Bağışla, ya Rəbbim belə gec gəldim,
   Əzablar gətirdim mən Sənə, Rəbbim.

[V3]
 Görməyən gözümü indi açmısan
 Sən mənim qəlbimə bir iz salmısan.
 Mən Öz həyatımı vermişəm Sənə
 Kömək et, ya Rəbbim, bənzəyim Sənə.

[C3]
   Minnətdaram Sənə, Sən sevdin məni
   Xilasa gətirdin günah edəni.
   Daha düşünmürəm ötən günləri
   Unutdurdun mənə Sən o illəri.</lyrics>
<title>Bağışla, Allahım, məni bağışla İL383</title>
<hymn_number>383</hymn_number>
</song>